Müğənni Günel Zeynalova ürək əməliyyatı olunan türk sənətçi İbrahim Tatlısəsi xəstəxanada ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Günel Zeynalova İnstaqram hesabında İbrahim Tatlısəslə fotosunu paylaşaraq qeyd edib: "Səni çox sevirəm. Çox şükür, aslan atam. Əməliyyatımız uğurlu keçib. İmperator sağlam və yanımızdadır. Allah səni bizə çox görməsin".
Qeyd edək ki, İbrahim Tatlısəs ürək qapağı əməliyyatı keçirib.