30 İyul 13:47
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli "Xəbərin var?" verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli həyatında sevdiyi şəxsi olduğunu etiraf edib: "Hazırda xoşbəxtəm, sevirəm, sevilirəm. Qadın bir çox xüsusiyyətlərə görə heç kimin qarşısında əyilməməlidir Çünki o, qadındır, ana adını daşıyır. Kişilər var ki, ona münasibət pulla, şirin danışıqla ölçülmür. Kişinin elə bir jesti ola bilər, görərsən ki, sənin üçün canından keçər.

Könlümdə olan bir insan var. Mən zahirdən iş qadını, heç bir kişiyə tabe olmayan qadın kimi görünə bilərəm. Real həyatda elə deyiləm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər