2 Avqust 14:12
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan “Ərə gedirəm” adlı layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, pop ulduz Abbas İsmayılovun müəllifi olduğu mahnını ekranlaşdırmaq qərarına gəlib.

Bunun üçün o, klipmeyker Soltan İbrahimova müraciət edib.

Layihədə sənətçi 25 illik rəfiqələri ilə kamera qarşısına keçib. Klipdə iş xanımları Solmaz Məlikova, Pərvanə Əhmədova, aktrisa Kəmalə Piriyeva, saç ustası Günel Əliyeva və Anya Xudayeva rol alıb.

Ekran işində Xalq artisti hər gördüyü bəyə aşiq olan, anidən fikrindən daşınan, hətta onu unudan xanım obrazını canlandırır. O, cəmi bir dəfə gördüyü əcnəbiyə aşiq olur, dostları ilə onu müzakirə edir, hətta atasına həmin şəxsin fotosunu “WhatsApp” üzərindən ataraq tanış edir. Lakin atası buna etirazını ingilis dilində “Oh my God” ifadəsi ilə bildirir.

Çəkilişdə yer alan rəfiqələrin isə obrazları fərqli xarakterə sahibdir. Kimi Röya Ayxanın evliliyinə mane olmağa çalışır, kimi dəstək göstərir, kimi isə onun iki günlük sevgi yaşadığını obrazlı şəkildə dilə gətirir.

5 rəfiqənin biri xəyalpərəst, “gündəlik” yazmaqla məşğul olan Günel, digəri qızlar qrupunun çoxbilmişi, falda məharəti olan Pərvanə, yaşlanmamaq üçün mübarizə aparan, daim özünə qulluq edən Solmaz, pilates, fitnesslə məşğul olan, həyatı idmandan ibarət Anya və öz dostlarından başqa heç kəsi sevməyən, aqressiv, evlilik həyatına soyuq münasibət bəsləyən roker Kəmalə Piriyevadır.

Layihə üçün xüsusi dekor qurulub, geyimlər hazırlanıb və baş qəhrəman, eyni zamanda rəfiqələrinin staylinqini Azər Cəfər edib.

Klipin prodüseri Kənan Bayramovdur. Xalq artisti layihənin direktorluğunu Elvin Elxana həvalə edib.

Rəngarəng, eyni zamanda əyləncəli görüntülərə malik “Ərə gedirəm” bütün musiqi platformalarında təqdim edilib.

Fotolar: Azər Jafar


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər