Müğənni Roza Zərgərlinin övladığa götürdüyü Jerar Qafarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Jerar bəy, sosial media hesabınızda işsiz olduğunuzu və yemək tapa bilmədiyiniz qeyd etmisiniz. Bu paylaşımdan sonra kimlər sizə dəstək oldu?
- Sağ olsunlar sosial şəbəkədəki paylaşımdan sonra vətəndaşlar mənə dəstək olmağa çalışırlar. İş məsələsində kömək edəcəklərini deyirlər. Onlara təşəkkür edirəm ki, yazıb maraqlanırlar.
- Müğənni Roza Zərgəli paylaşımınızdan xəbərdardırmı və sizinlə əlaqə saxladımı?
- Bu haqda heç nə bilmirəm. Çünki biz ayrı yaşayırıq. Məlumatlı deyiləm.
- Roza Zərgərlidən uzaqlaşmağınızda səbəb nədir? Çünki sizə dəstək olduğunu və bir müddət əvvəl övladlığa götürdüyünü açıqlamışdı.
- Mən dörd ildir ayrı yaşayıram. Mənə kimsə dəstək olmayıb. Mən uşaq evində böyüyəndə baş çəkirdi, evinə aparırdı. Başqa bir kömək etməyib. Uşaq evindən çıxandan sonra hərbi xidmətə getdim. Hərbi xidmətdən gəldikdən sonra isə dövlətimiz sağ olsun, mənə ev verib. Hazırda dövlətimin verdiyi evdə yaşayıram.
- Siz işdən çıxdığınızı qeyd etmisiniz. Harada çalışırdınız?
- Məkanların birində burger hazırlayırdım. Bununla yanaşı bir çox işlərdə işləmişəm.
- Roza Zərgərli iş tapmaq məsələsində sizə yardım etmədimi?
- Roza xanım mənə montajçı işində dəstək olmuşdu. Amma oradan heç nə qazana bilmədim.
- Roza Zərgərli ilə münasibətinizin pis olmasına səbəb nədir?
- Münasibətimiz pis deyil. Mən həmişə ona zəng edib, maraqlanmışam. Mənimlə o, əlaqə saxlamayıb.
- Roza xanımdan kömək gözləyirsinizmi?
- Mən Roza xanımın əksinə getmirəm. Vəziyyətim pis olduğuna görə sosial media hesabımda paylaşım etdim. Bu paylaşımın Roza xanıma aidiyyəti yoxdur. İnsanlardan yardım gözlədiyim üçün sosial mediada bu haqda məlumat verdim. Paylaşım edim, hamı Roza xanımı pisləsin və sair, belə bir niyyətim olmayıb. Mənə nə qədər qonşular kömək edəcək?! İş tapıb işləməliyəm.