İnsult keçirən Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova atasının səhhətindəki son durum barədə məlumat verib.
Aytən Həsənova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Atam hələ də xəstəxananın reanimasiya şöbəsindədir. İki gündən sonra palataya köçürülüb-köçürülməməsi bilinəcək. Hazırda müalicəsi davam edir".
Qeyd edək ki, Ənvər Həsənovun 75 yaşı var. Xalq artisti yanvarın 10-da halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin edilib.