Qərb qoşunlarının Ukraynaya göndərilməsi Rusiyanın münaqişənin sülh yolu ilə həllinə başlamaq istəyindən asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu Kanadanın Rusiyadakı səfiri Sara Teylor "RTVI" telekanalına müsahibəsində deyib.
“Bir daha deyirəm, inanıram ki, bunun üçün məsuliyyət ilk növbədə Rusiya tərəfindədir. Biz münaqişənin sülh yolu ilə həllinə dair səyləri görmək istəyirik. Bunu elə etmək lazımdır ki, Qərb qoşunları məsələsi bir daha ortaya çıxmasın”, - diplomat qeyd edib.
Teylor həmçinin əlavə edib ki, Kanada hökumətinin Ukraynaya əlavə yardımın göstərib-göstərməməsi şəraitdən asılı olacaq.