ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda antisemitizmlə mübarizə çərçivəsində İsrail əleyhinə keçirilən aksiyalarda iştirak edən əcnəbi tələbələrin vizasını ləğv edəcək.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
Trump imzalayacağı qərarla bağlı paylaşımında bildirib: "Biz yəhudilərə yönəlmiş terror təhdidləri, vandalizm və şiddət çağırışlarına qarşı sərt mübarizə aparacağıq. Etirazlara qalxan bütün əcnəbilərə səslənirəm; Sizi tapacağıq və deportasiya edəcəyik. Universitetlərdə HƏMAS-ı dəstəkləyən bütün tələbələrin vizalarını ləğv edəcəm".