Rusiyanın Kursk şəhərinin Leninski rayon Məhkəməsi britaniyalı jurnalist Jerom Starkini sərhədi qanunsuz keçdiyi üçün qiyabi həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
"Britaniyanın “The Sun” nəşrinin jurnalisti Jerom Starki Ukrayna qoşunlarını müşayiət edərək, Rusiya ərazisinə keçib", məlumatda bildirilir .
Bundan əvvəl Kursk şəhərinin Leninski rayon məhkəməsi rumın jurnalist Barbu Mirçanın da barəsində qiyabi həbsinə qərarı vermişdi.