Xalq artisti, aktrisa Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.
Teleqraf.com aktrisanın ailə üzvlərinə istinadən xəbər verir ki, o, “İstanbul NS” klinikasının reanimasiya şöbəsində müalicə olunur.
Xalq artistinin qızı Nigar Tofiqqızı Teleqraf.com-a açıqlamasında anasının səhhətinin hazırda normal olduğunu bildirib:
"Bu gün anamın halı qəflətən pisləşdi. Təcili yardım çağırdıq və xəstəxanaya yerləşdirildi. Müayinə nəticəsində məlum oldu ki, evdə insult keçirib. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib".
Qeyd edək ki, F.Mahmudovanın xəstəxanaya yerləşdirilməsi barədə ilk xəbəri "Axşam.az" saytı yayıb.