İnsult keçirən Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova atasının səhhətindəki son vəziyyətdən danışıb.
Aytən Həsənova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Atamın səhhəti stabil-ağır olaraq qalır. O, xəstəxananın reanimasiya şöbəsindədir".
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.