Müğənni Röya Ayxan yeni mahnısını oxumaq üçün studiyaya bu dəfə oğlu Hüseyinlə yollanıb.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə çəkdirdiyi videonu sosial şəbəkədə paylaşıb. Rus dilində olan mahnının sözünü düzgün tələffüz etməyən Röyaya oğlu kömək olub.
O, görüntülərin yanına “Ölmədim, bu günü də gördüm. Hüseyin mənə oxumağı öyrədir” sözlərini yazıb.