18 Aprel 2015 11:27
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Baloğlan Əşrəfov aparıcılardan gileylənib.

Publika.az-a danışan müğənni indən belə hər verilişə qatılmayacağını, dəvət aldıqları arasında seçim edəcəyini bildirib. Fikrini isə belə əsaslandırıb:


“Bu gün əksər aparıcılar reytinq dalınca qaçırlar, süni şəkildə şou yaradırlar. Buna görə də çox vaxt saxta anonslarla verilişin reytinqini qaldırmağa çalışırlar. Amma düşünmürlər ki, bununla müğənninin imicinə zərbə vururlar. Bir dəfə mənim də başıma belə bir oyun açdılar. Elə bir vəziyyət yaratdılar ki, guya çəkiliş vaxtı mənə təcili yardım çağırılıb. Qohum-əqrəba qorxmuşdu, çox narahat olmuşdular, hamı elə bilirdi ki, doğrudan da başıma iş gəlib. Belə ucuz reytinq kimə lazımdır, axı”.


Müəllif:

Oxşar xəbərlər