Əməkdar artist, Akademik Dram Teatrının aktrisası Hicran Nəsirova hələ də keçmişin nostaljisi ilə yaşadığını deyib.
Publika.az-a danışan aktrisa vaxtilə Azərbaycan Televiziyasında çəkilən tele-tamaşaların xiffətini çəkdiyini bildirib:
“O vaxtlar çəkilən teletamaşalar hadisəyə çevrilirdi. Təsəvvür edin, heç kimin tanınmadığı aktyor və ya aktrisa bir gecənin içində məşhurlaşırdı. Həmin vaxtlarda bir çox teletamaşalara çəkilmişəm. Məsələn, “Evləri köndələn yar” tamaşasına baxanlar hər yerdə məni “Reyhan” deyə çağırırdılar. Küçəyə çıxa bilmirdim, dalımca düşüb söz atırdılar. Bu gün də elə teletamaşaların çəkilməsinə ehtiyac var”.
Aktrisa hesab edir ki, belə teletamaşalar üçün mükəmməl ssenarilər yazılmalıdır:
“Əsas olan ssenaridir əgər gözəl ssenarilər yazılsa, baxımlı teletamaşalar hazırlamaq olar. Düşünürəm ki, belə olarsa, tamaşaçının da fikri şoulardan yayınar”.