«Eurovision 2015» mahnı müsabiqəsinin isveçli qalibi Mans Zelmerlövün sosial şəbəkədə paylaşdığı şəkil kəskin etirazlara səbəb olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, şəkildə Albaniya bayrağının ifaçının ayağının altında olması albanların etirazına səbəb olub.
Zelmerlövün paylaşdığı şəkilin altında albanlar tərəfindən ölüm təhdidi dolu şərhlər yazılıb.
İsveçdə nəşr olunan Express qəzetinə açıqlama verən İsveç-Albaniya Federasiyasının sədri Əli Şipşani "Nalayiq bir hərəkətdir. İfaçını üzr istəməyə dəvət edirəm" deyib.
Qeyd edək ki, kəskin etirazla qarşılaşan ifaçı "Instagram" hesabında paylaşdığı şəkili silib.
Rüstəm