Küveytdəki şiə məscidində partlayışı Səudiyyə Ərəbistanı vətəndaşı törədib.
Bu barədə informasiyanı Küveyt Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, terroru törədən şəxsin adı Fəhd Süleyman Abdal Möhsün əl-Kabadır. Əl-Kabaa Küveytə partlayışdan bir neçə saat öncə gəldiyi bəlli olub.