Tanınmış prodüser-aparıcı olan Acun İlıcalı yeni proqramında münsif kürsüsündə əyləşməsi üçün namizəd axtarışını davam etdirir.
Teleqraf.com "Milliyet"ə istinadən xəbər verir ki, o, bu dəfə üçün şoumen-aktyor Ata Demirerə həftəlik 80 min TL (təxminən 30 min manat) qonorar təklif edib. Təklifi qəbul etməyən şoumen bir müddət dincəlib, öz layihələriylə məşğul olmaq istədiyini bildirib.
Acunun "Yüksələn ulduz" musiqi yarışmasıda Demet Akalın və Mustafa Sandalın münsif olacağı dəqiqləşib. Onlar hər bölüm üçün 40 TL (təxminən 15 min manat) qonarar alacaqlar.
Rüstəm