Türkiyədə yaşayan müğənni İradə İbrahimova ikinci dəfə ana olmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, müğənni sosial şəbəkədə körpəsini süni yolla dünyaya gətirməyə hazırlaşdığını bildirib: “Oturduğum yerdə yatıram, ana olmağıma çox az vaxt qalıb. İlk ana olduğum vaxtdan beş il keçir. Oğlumun kilosu, boy ölçüsü iki həftə öndə getdiyi üçün həkim süni sancı ilə dünyaya gətirməyimi məsləhət görür. Qızım İpək 4 kilo 200 qram doğulmuşdu. Gözüm qorxub ki, oğlan 5 kilo ola bilər”.
Rəqsanə Həsənova