Bu gün müğənni Musa Musayevin doğum günüdür.
Teleqraf.com xəbər verir ki, Təranə Qumral həyat yoldaşına bahalı hədiyyə alıb:
“Keçən il saat almışdım. Bu il də çox gözəl hədiyyə almışam. Amma nə aldığımı bildirməyəcəm. Sirr qalsın. Qızlarımın, kürəkənlərimin də Musaya hədiyyəsi oldu. Hədiyyəsiz doğum günü olmaz axı. Amma ən böyük hədiyyəmiz bir yerdə olmağımız, can sağlığımız və bir-birimizə sevgimizdir. Təbii ki, ən böyük hədiyyə özüməm. Ad gününü qızlarımızla birlikdə qeyd edəcəyik. Yubiley olmadığına görə, sənət dostlarımızdan heç kimi dəvət etməmişik. Maşallah, ailəmiz bir yerdə olduqda bir banket adam olur”.
Rəqsanə Həsənova