Müğənni Tacir Şahmalıoğlu “Qardaş” adlı yeni mahnısını sevənlərinin ixtiyarına verib.
Sənətçi bəstəni ötən ay dənizdə bataraq, dünyasını dəyişən qardaşı Mahir Allahverdiyevə həsr edib.
Qeyd edək ki, M.Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır. İyulun 31-i M.Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilib./axşam.az/