18 Sentyabr 2015 23:37
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İzzət Bağırov Yaşıl Teatrda konsert verib.

Teleqraf.com-un xəbərinə görə, müğənni mahnılarını canlı ifa edib.

İzzət Bağırov konsetdən əvvəl bildirib ki, ilk dəfədir Yaşıl Teatrda konsert proqramı ilə çıxış edir: "Saysız-hesabsız konsetlər vermişəm. Amma 6-7 ildir ki, konsert vermirəm. Gözəl bir proqram hazırlamışıq. İnşallah, sizləri feyziyab edəcəm".

Müğənni onu da qeyd edib ki, dünən havanın pis olmasına görə narahat olub: "Allahıma şükür edirəm ki, bu gün hava yaxşıdır. Dünən hava çox pis idi. Və bir an düşündüm ki, Allahım konsert verməyimi istəmir. Hətta "İnstaqram" səhifəmdə bir çox insanlar gülüş işarəsi qoyaraq yazmışdılar ki, bu gün hava çox yağışlıdır. Sabah da belə olsa, necə olacaq? Mən də yazdım ki, inşallah, sabah səni sevinməyə qoymayacam. Bu günümüzə şükür, hava yaxşı oldu".

Qeyd edək ki, İ.Bağırov konserti İbrahim Tatlısəsin "Mavi Mavi" mahnısı ilə açdı və sonra öz repertuarı ilə davam etdi. Müğənni Elxan Şirinov ilə duet ifa etdi.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər