30 Sentyabr 2015 23:15
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Təranə Səmədova şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib. Prodüserin Teleqraf. com-a bildirib ki, iki ildir sevgi münasibəti yaşadığı insandan ayrılıb. Onun sözlərinə görə, artıq həyatında yeni səhifə açıb:

“Bir aydır ki, sevgi münasibəti yaşadığım insandan ayrılmışam. İki kamil insan kimi düşünüb ayrılmaq qərarına gəldik. Münasibətlərimiz alınmadı. Yəni ki, düşündüyüm və planlaşdırdığım kimi olmadı. Münasibətlərdə hər hansı maneə, problem , söz-söhbət yaranırsa ayrılsaq yaxşıdır. Hardasa bir aydır ki, ayrılmışam. Yenidən barışmaq istəmirəm. Həyatımda yeni səhifə açmağa başlamışam. Amma dost kimi münasibətimiz davam edir”.

Prodüser evlənmək barədə də danışdı: “Kişi olsaydım nə vaxt evlənəcəyim haqqında konkret danışardım. Təbii ki, istəyərəm ki, qarşıma elə bir insan çıxsın ki, onunla ailə həyatı qurmağa düşünmədən də razılıq verim. Elə bir insana rast gəlməmişəm deyə, ailə qurmağı düşünmürəm”.

Qeyd edək ki, prodüser keçmiş sevgilisinin cəmiyyətdə tanındığı üçün adını açıqlamır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər