Xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, xalq artisti “Onlar” verilişinə açıqlamasında bildirib ki, həyatında sevdiyi şəxs var. F. Mütəllimovanın sözlərinə görə həmin şəxslə çoxdandır ki, tanışdır: “Çox xoşbəxtəm və həyatımda sevdiyim insan var. Mənim ona olan hisslərim sevgidən keçib və çox istəməyə başlamışam. Onu deyim ki, bizim sahənin adamı deyil. Toy haqqında isə düşünmək istəmirəm və azad yaşamağı sevirəm. İllərdir bir yerdəyik, danışırıq, görüşürük. Amma aramızda uzaq məsəfalər də olur. Bu münasibətdə rəsmiliyə ehtiyac duymuram. Şəxsi həyatımdır, yaşayıram”.
Rəqsanə