12 Oktyabr 2015 17:12
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı cazibədar model Adriana Lima yeni reklama çəkilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu dəfə "Marc Jacobs" brendinin reklamında rol alıb.

Cazibədar model gözəllik sirrlərindən də danışıb:

"Adətən, səhərlər saat 7-də dururam, duş qəbul etdikdən sonra üzümə kremlər vururam . Sonra isə dodaq üçün balzamdan istifadə edirəm. Gördüyünüz kimi, səhərlər kosmetikadan çox istifadə etməyi sevmirəm.

Səhərlər yulaf yarması, yumurta, meyvələr yeyirəm. Hər səhər mütləq kofe içirəm. Sonra isə uşaqlarımla məşğul olmağa başlayıram. Daha sonra isə boks zalına gedirəm. Uzun illərdir bu idmanla məşğulam. İlk dəfə anamın rəfiqəsi mənə boks əlcəklərini göstərmişdi. Düşünürdüm ki, bundan yaxşı heç bir şey yoxdur."

A.Lima gözəlliyinin əsas sirrini də açıqlayıb:

"Düşünürəm ki, sudan asılıdır. Kokos suyu içirəm. Çoxlu maye qəbul edirəm, bu dərinin sağlamlığına çox xeyirdir. Gününüz çox yorğun keçibsə, özünüzü rahatlaşdırmaq istəyirsinizsə, pambığı buzlu kokos suyuna batıraraq üzünüzü silin".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər