13 Oktyabr 2015 13:25
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əli Mirəliyev Teleqraf.com-a açıqlamasında Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi “Sevimli-şou” verilişində səviyyəsiz musiqilərin təqdim edildiyini vurğulayıb. O, bu verilişin bağlanması, Mikayıl Güləddinoğlunun isə işdən çıxarılmalı olduğunu bildirib.

Aparıcı Mikayıl Güləddinoğlunun Əli Mirəliyevə cavabı gecikməyib.

Aparıcı Teleqraf.com-a bildirib ki, iradları Əli Mirəliyevin subyektiv fikridir. Onun sözlərinə görə, rəhbərliyin göstərdiyi istiqamətdə verilişin yayımı davam edir: “Həmişəki kimi, hamıya irad bildirir. Əli Mirəliyev yaşda məndən böyükdür. Onun fikirləri obyektiv deyil. Önəmli olan bizim rəhbərliyimizin göstərdiyi istiqamətdir və o istiqamətlə də gedirik. Verilişlərə pul ilə dəvətə gəlincə, o gülünc fikirdir. Hamı bilir ki, “Sevimli şou”ya, ümumiyətlə “Space” kanalında yayımlanan bütün verilişlərə dəvət rəhbərlik müvafiq sənədə qol çəkdikdən sonra baş tutur. Əgər Əli Mirəliyev pul götürüldüyünü deyirsə, sübut da göstərsin. Əgər onu sübut etməsə, Əli Mirəliyevlə başqa tərzdə danışmağa məcburam. O, kimdir ki? Milli Televiziya və Radio Şurasıdır? Lazım olsa, bu məsələnin axırına qədər gedərəm. Əli Mirəliyev hamıya daş atır. Həmyaşıdım deyil ki, onunla nəsə danışım”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər