“Yeşilçam” ulduzu Harika Avcı “Hürriyet” qəzetinə müsahibə verib.
Axşam.az-ın məlumatına görə, iyulda qaldığı oteldə güllələnərək xəstəxanaya yerləşdirilən sənətçi həmin hadisəni özünün törətdiyini etiraf edib:
“Özümü qəsdən güllələdim. Bu, indiyədək yaşadıqlarıma etirazım idi. İbrahimin (keçmiş həyat yoldaşı – red.) silahlarını vəkilə vermək istəyirdim. Amma almadılar. Səhərə yaxın əsəblərim pozuldu. Otağıma gedib silahı əlimə aldım. Ani bir qərar verdim və özümü vurdum”.
Xatırladaq ki, H.Avcının özünü güllələdiyi silahın 24 yaş kiçik keçmiş əri İbrahim Öztürkə məxsus olduğu üzə çıxmışdı. İbrahim isə məhkəmənin “uzaqlaşdırma” qərarından sonra aktrisa ilə görüşmədiyini bildirərək cinayətdə əlinin olmadığını bildirmişdi.
2 güllə yarası alan Avcı isə daha sonra açıqlamasında "səhvən oldu" demişdi.