"Əslində, mən bütün qonaqlarımıza hörmətlə yanaşıram. Əgər biz hər hansısa tanınmışı dəfələrlə verilişimizə qonaq dəvət ediriksə və o saymayıb, gəlmirsə bu, hörmətsizlikdir. Səni dəfələrlə qonaq dəvət edirlərsə, sən məsuliyyəti və olunan hörməti dərk eləməlisən”.
Bu sözləri Xəzər televiziyasında yayımlanan “Hər şey daxil”in aparıcısı Seva verilişə dəvət olunan qonaqların məsuliyyətsizliyindən danışan zaman qeyd edib: “İl yarımdı mən hər səhər oyanıb, bu verilişə gələ bilirəmsə, deməli, hər şey mümkündü, səhər qalxmaq problem deyil. Gecə 3-də də yatsam, səhər on tamam hazırlıqlı vəziyyətdə burada ola bilirəm. Amma aktyor Fərda Xudaverdiyevdə bu məsuliyyət yoxdur”.
Əfruzə Ağayeva