Müğənni Natavan Həbibi və Sevda Yahyayeva küsülülüyə son qoyaraq xalq artisti İlhamə Quliyevanı xəstəxanada ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev "İnstagram"da məlumat verib: "Allah hər kəsə can sağlığı versin. Natavan Həbibi ilə Sevda Yahyayeva barışdılar. İlhamə xanım da Natavan Həbibi ilə küsülülüyə son qoydu".
İ.Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. Xalq artisti saytımıza açıqlamasında yaxın günlərdə xəstəxanadan evə buraxılacağını bildirib.
Rəqsanə