14 Dekabr 2015 11:06
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elton Hüseynəliyev Röya Ayxanla küsülü olmasından danışıb.

Teleqraf.com xəbər verir ki, sənətçi “Onlar”a açıqlamasında Röya ilə barışmayacağını deyib: “Röya ilə heç vaxt barışmayacağıq. Həyatda insanın kimdənsə xoşu gəlmir. Röya da məni seçib. Düşünür ki, mən ona qarşı səhv eləmişəm. Amma elə deyil, o, mənə qarşı səhv edib. Artıq o məsələ bitib. Onun dünyası başqa, mənimki başqadır. Röyaya qadın xoşbəxtliyi arzu edirəm. O, əsl ulduzdur. Röya kimi ifaçının heç nəyə ehtiyacı yoxdur. Xətrini dünyalar qədər istəyirəm. Amma heç vaxt Röyanın yanında məni görməyəcəksiniz. Röyaya Elton lazımdır? Onu da deyim ki, şou-biznesdə təhlükəli və qəlbən çirkin insanlar var”.

Rəqsanə


Müəllif: