Rus Dram Teatrında təşkil edilən xeyriyyə konsertində müğənni Roza Zərgərli narazılıq edərək oranı tərk edib.
Teleqraf.com xəbər verir ki, konsertdə çıxış edən müğənninin ikinci mahnı səsləndirməsinə icazə verilməyib. Bu isə ifaçını əsəbləşdirib: "Zala daxil olub, qutu ilə pul yığmaq istədim. İkinci mahnı da ifa etməli idim. Belə təşkilatçılıq olar?".
Tədbirin təşkilatçısı isə vaxt azlığına görə Röyadan başqa bütün müğənnilərin bir mahnı ifa edəcəyini vurğulayıb: "Hər müğənni bir mahnı ifa etməlidir. Konsetdə Roza xanımdan başqa müğənnilər də iştirak edir".
Bundan sonra müğənni Natavan Həbibi isə "Bəlkə yarım mahnı səsləndirim, problem yaşanmasın" deyib.
Xeyriyyə konserti 5 yaşlı Məhəmməd üçün keçirilib.
Rəqsanə