Xalq artisti Flora Kərimova uzun illər küsülü olduğu həmkarı mərhum İlhamə Quliyevanın ölümü haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, xalq artisti "Atv maqazin onlarla" verilişində İ.Quliyevanın ölümünə sevinmədiyini deyib:
"Onun ölümünə birinci inanmadım, ikinci tutuldum, üçüncüsü isə sevinmədim. Çünki bir gün hamımız bu dünyadan gedəcəyik. Bilmirəm, məni o barədə niyə hədəfə götürüblər? Çünki İlhamə Quliyeva sənətçilərin çoxu ilə danışmırdı. O dünyasını dəyişməmişdən əvvəl dəfələrlə məndən halallıq istədi, vermədim. Barışmaq istədi, barışmadım".
Rəqsanə