İlhamə Quliyevanın baş daşı qalmaqalı bitmək bilmir.
Xalq artistinin oğlu Orxan Nadirov Teleqraf.com-a bildirib ki, İ.Quliyevanın baş daşı hazırdır və yaxın günlərdə qoyulacaq: “Anamın baş daşı hazırdır, bir azdan baxmağa gedəcəm. İnşallah, bu həftə, uzağı gələn həftə mütləq baş daşı qoyulacaq. Kimisə dərindən maraqlandırırsa, II Fəxri Xiyabana gedib, baxa bilər ki, İ.Quliyevanın məzarının üstü torpaq deyil, artıq mərməri qoyulub. Baş daşı isə yaxın günlərdə qoyulacaq. Daşın üzərinə şəkil yapışdırmırlar ki? Şəkili rəssam çəkir və o da bir-iki günə başa gəlmir. Mərmərin üzərində işləmək özünüz bilirsiniz ki, qəliz məsələdir”.
Rəqsanə