Şou-biznes nümayəndələri zaman-zaman ev, maşın və dəbdəbəli həyat tərzi ilə diqqət mərkəzinə gəlirlər.
Teleqraf.com məşhurlara “Şou-biznesin varlı müğənnisi kimdir və özünüzü varlı sənətçi hesab edirsinizmi” sualı ilə müraciət edib. Sorğunun nəticələrini təqdim edirik.
Fatimə Fətəliyeva: “Mən özümü varlı hesab etmirəm. Amma deyərdim ki, şou-biznesin ən varlı müğənnisi Manaf Ağayevdir”.
Elçin Hüseynov: “Maddi cəhətdən varlı deyiləm. Var-dövlətim mənim dostlarımdır. Bu cəhətdən özümü zəngin insan hesab edirəm. Şou-biznes nümayəndələrindın heç kim varlı olduğunu deməz. Müğənnilərin qazanc yerləri toylardır. 5-3 manat qazanıb, balalarımızı saxlayırıq. Biz də sadə insanlarıq”.
Rəqqasə Aytən: “Şou-biznesdə kimin varlı, yaxud da kasıb olması haqqında fikirləşməmişəm. Ona görə də suala cavab vermək çətindir. Özümə gəlincə, nə varlıyam, nə də kasıb. Allaha şükürlər olsun, arzularımı gec də olsa, həyata keçirirəm. Varlı olmağım gələcəkdə mümkündür. Ayaqqabı mağazası açmağa hazırlaşıram, görək necə olacaq? “Oriental” brendi altında biznesə başlayıram”.
Vüsalə Əlizadə: “Bacı, məni çətin vəziyyətə salma! Heç kimin pulunu saymıram və ona görə də şou-biznesdə kimin varlı olduğunu deyə bilməyəcəm”.
Rəşad İlyasov: “Mənim üçün maddi deyil, mənəvi zənginlik vacibdir. Rəhmətlik Rəşid Behbudov deyirdi ki, pul bu gün var, sabah yoxdur. Bəzən elə məclislərə gedirdik ki, musiqiçiyə çox pul verirdilər. Amma bir neçə ay keçəndən sonra görürsən ki, həmin insan müflis oldu. Bu gündən sabaha güvən yoxdur. Amma səs, mənəvi zənginlik itmir. Özümü mənən zəngin hiss edirəm. Allaha şükür, madiyyatla bağlı problemim də yoxdur. Amma həm maddi, həm də mənəvi cəhətdən Zeynəb Xanlarovanı varlı sənətçi hesab edirəm”.
Emin Bədəlov: “Heç vaxt kiminsə pulunu saymamışam. Kimin nəyi var, onu da bilmirəm. Özümün də maddi imkanlarım normaldır. Allah nə nəsib edibsə, şükür edirəm. Maddiyyata görə kiməsə dəyər vermirəm deyə şou-biznesdə kimin varlı olduğuna fikir verməmişəm. Hamı normal geyinir, maşını var”.
Lətafət Ələkbərova: “Mən camaatın pulunu saymıram ki...Əslində şou-biznesdəki insanlar ətrafdan varlı görsənirlər. Və hər kəs elə bilir ki, şou-biznes əhli çox varlıdır. Amma elə deyil, çünki qazandığımızın çox hissəsini özümüzə və sənətimizə xərcləyirik. Manaf Ağayev özünü kənardan varlı müğənni kimi görsədir və düşünürəm ki, şou-biznesin də varlı müğənnisi odur”.
Nurkan və Lalə cütlüyü: “Şou-biznesdə qəlbləri zəngin olan insanlar tanıyırıq. Varlı müğənnilər də çoxdur. Amma bizim onlarla işimiz yoxdur. Düşünürəm ki, varlı müğənni Aygün Kazımovadır. Bizim üçün madiyyat deyil, daxili zənginlik önəmlidir”.
Rəqsanə