7 Aprel 2016 16:02
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov məhkəməyə baş vurub.

Teleqraf.com xəbər verir ki, A.Cəlilov “İnstagram”da “Bank Standartda” mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib. Bu səbəbdən hesabımızdakı pullardan kimlərin istifadə etməsi və külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilmişdi.

Lakin Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə, Səbail rayon Məhkəməsinin qətnaməsi əsassız olaraq ləğv edilib”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər