Məşhur türk aktrisa Türkan Şoray üsyan edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, rejissoru olduğu “Uzaqlarda axtarma” filminin kinoteatr nümayişlərindən gözlədiyi nəticəni ala bilməyən aktrisa bunun səbəblərindən danışıb: “Biz filmimizi çox pis zamanda təqdim etdik. İstədiyimiz zaman kəsiyində və kino salonlarında nümayiş olunmadı. Filmə cəmi bir həftə şans verdilər”.
Bu uğursuzluğa rəğmən yenidən film çəkmək istədiyini deyən aktrisa yayılan şayiələrə yenə aydınlıq gətirməyib. Yayılan xəbərlərə görə, filmin xərclərini qarşılamaq üçün aktrisa İstanbulun Bəbək hissəsindəki evini 15 milyon lirəyə satışa çıxarıb.
Türkan Şoray bununla bağlı sualı belə cavablayıb: “Məsələ tamam başqadır, ona görə buna burada cavab verməyim”.
Şorayın filmində baş rolu qızı Yağmur Ünal canlandırıb.
Pərvin