Dünyada bir çox məşhur fanatları ilə evləniblər. Məsələn, bir müddət öncə türkiyəli məşhur müğənni Tarkan pərəstişkarı Pınar Dileklə ailə qurub.
Teleqraf.com məşhurlara “Fanatınız ilə evlənərsinizmi və fanatınızdan evlilik təklif edilibmi?” sualı ilə müraciət edib. Sorğunun nəticələrini təqdim edirik.
"Fanat da normal insandır"
Nura Suri: "Fanatlarım tərəfindən sevgi etirafı çox təklif edilib, amma heç birini ciddi qəbul etməmişəm. Sosial şəbəkədə "inbox"-a da yazırlar. Onu da deyim ki, fanatla məşhur insanın evlənməsinə pis baxmıram. Fanat da normal insandır və pərəstiş etdiyi insan var. Elə olur ki, prezident adi ofisiant xanımla evlənir, bunu normal qəbul edirlər. Sevgi var-dövlətə, kasıblığa, kifirliyə, qəşəngliyə baxmır".
"Xoşuma gəlsə evlənərəm"
Abbas Bağırov: "Bəli, fanatlarım tərəfindən sevgilərini bildirənlər olub. Eləcə də fanatım xoşuma gəlsə evlənərəm. Fanat insana pərəstiş edən normal insandır. Sadəcə onların sırasında sənə pərəstiş etməklə yanaşı sevgi hissi bəsləyənlər də olur. Sənin axtardığın kriteriyalar onda cəmləşibsə, dəyərləndirmək lazımdır".
"Heç vaxt evlənmərəm"
Afaq Gəncəli: “Əgər mən də İlkin Həsəni kimi sevdiyim insanın fanatı olsaydım, evlənərdim(zarafat edirəm). Nə bilim vallah. Bu haqda dəqiq nə isə demək çətindir. Çünki fanatlar pərəstiş etdikləri insanları dəli kimi sevirlər. Onu hər şeyə qısqanırlar, geyiminə, kənardan deyilən insanların fikirlərinə müdaxilə edirlər. Ona görə də fanatla ailə qurmaq çətin olur. Vitney Hyustonun oynadığı “Teloxranitel” filmindəki kimi fanatla təbii ki, evlənmərəm. Onu dəlicəsinə sevir və sonu ölüm olur. Bir xanım kimi sevsə, fanatlıq etsə evlənərəm. Yox əgər aparıcı Afaq Gəncəliyə fanatlıq edərsə, heç vaxt evlənmərəm. Fanatımlarımdan mənimlə ailə qurmaq istəyənlər də olub. Dediyim kimi aparıcıya fanatlıq etməyi qəbul etmirəm”.
"Təklif almamışam"
Nərgiz Məmmədova: “Heç vaxt bu haqda düşünməmişəm. Bilmirəm... Həyatdır və həyatda hər şey ola bilər. Əgər xoşuma gələn fanatım evlilik təklif edərsə, evlənərəm. Düzdür “İnstagram”da fanatım evlik təklif edib, amma onu zarafatla qəbul etmişəm və gülmüşəm. Həyatda isə fanatım tərəfindən evlilik təklifi almamışam”.
“Fanat sözünü qəbul etmirəm"
Şəhriyar Əbilov: “Fanat sözünü qəbul etmirəm. Mənə simpatiyası olan insanlar tərəfindən sevgi etirafları çox olub. İnsan öz yarını axtarır və öz yarını tapsa nəyə görə də ona simpatiyası olan insanla evlənməsin. Belə bir söz var: “Heç vaxt, heç vaxt demə!”. Yəni ki, həyatdır və hər şey ola bilər. Amma fanatlarımdan evlənmək istədiyim xanım olmayıb. Verilişlərin birində xanımlarda hansı kriteriyalara üstünlük verməyim haqqında danışmışdım. Oradan çıxan kimi bir çox xanımlardan sevgi etirafı gəlmişdi. İnanırsınız ki, şəxsi həyatım üçün vaxtım yoxdur. Beləliklə, sevgi etirafları çox olub, amma yarımı tapmamışam”.
"Əskim tüstülüdür"
Vüsalə Əlizadə: “Mənim əskim tüstülüdür, bu haqda danışmaq istəmirəm”.
Rəqsanə