Müğənni Natavan Həbibi “Hər şey daxil” verilişində ad gününü qeyd edib.
Teleqraf.com xəbər verir ki, müğənninin sevincinə sənət dostları da şərik olublar. Elnur Məmmədov, Nura Suri, Xəyyam Nisanov, Nazim Məmmədov və Samir Cavadzadə Natavanı təbrik edib, ürək sözlərini bildiriblər. Verlişdə müğənninin həyat və sənət yolundan bəhs olunan videoçarxlar təqdim olunub. Müğənninin müəllimi Vaqif Gərayzadə canlı yayıma bağlanaraq Həbibini təbrik edib.
Verlişdə pərəstişkarları sənətçiyə gözlənilməz sürprizi edib. İdeyası və montajı Aysu Allahverdiyevaya məxsus olan videoda müğənninin mahnılarının adlarına uyğun təbrik sözləri hazırlanıb. Daha sonra müğənninin fanatları çəkiliş meydançasına gəlib, onu təbrik ediblər. N. Həbibi canlı yayımda kövrəlib, sevərlərinə təşəkkürünü bildirib.
Rəqsanə