Prodüser Tarix Əliyev televiziyada yayımlanan şou xarakterli verilişləri tənqid edib.
Teleqraf.com xəbər verir ki, prodüser şou tipli verilişlərdə qonaqların düzgün dəvət edilmədiyini vurğulayıb:
“Hərdən efirlərə baxıram, gülməyim gəlir. Verilişdə şou-biznes mövzusu qoyulur, amma şou-biznes nümayəndəsindən başqa hamı iştirak edir, “çayxana işlədən, onun-bunun çantasını daşıyan”. Ona deyən yoxdur ki, ay bədbəxt sən özün həyatda varsan ki, şou-biznesdən danışırsan?Artıq prodüser adı elə cılızlaşıb ki, hərdən özümə prodüser deyəndə deyirəm məni Tolik kimi tanısınlar bəsimdir”.
Rəqsanə