8 İyun 2016 16:34
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

9-10 iyul tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Sea Breeze istirahət mərkəzində ilk dəfə “JARA” Beynəlxalq musiqili yay festivalı keçiriləcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, festivalda Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və "Russkoye Radio"nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduz qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var.

Tədbirdə həmçinin Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı da nəzərdə tutulur.

Beynəlxalq “JARA” festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər