10 Sentyabr 2017 21:11
4 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölüm dünya yaranandan insanları ən çox qorxudan məsələdir. Nə qədər qorxulu olsa da, bu reallıqdır. Bəs ölüm haqqında nə bilirik? Məsələn, ölümün bir anda deyil, 3 ay əvvəldən başladığını bilirsinizmi?

Publika.az Türkiyə mətbuatına istinadən ölümə addım-addım yaxınlaşmağınızı göstərən məlumatları təqdim edir.

Əvvəlcə insanlar ölümü qavrayıb və öz ölümünə inanır. Daha sonra bu barədə düşünməyə başlayır, sanki kəşf etməyə hazırlaşır.

Ölümə 1-3 ay qalmış

Bir insan ölümə yaxınlaşdığını hiss edib və onu qəbul etməyə başlayanda ətrafından uzaqlaşır. Dünyadan sanki uzaqlaşma mərhələsinə başlayır. Dostları, qonşuları və hətta ailə üzvləri ilə belə görüşmək istəmir. Qonaq getməyi istəmədiyi kimi, qonaq qəbul etməyi də istəmir. Daim keçmişi və yaşadıqları barədə düşünür.

Ölmək üzrə olan insanların iştahı azalır və arıqlayırlar. Əvvəllər olduğu kimi artıq yediyi yeməklərdən ləzzət almır. Bir vaxtlar ona əyləncəli görünən hadisələr, işlər artıq maraqsız görünməyə başlayır. Ancaq yatmaq istəyir. Bu zaman insan yemək yeməsə belə özlərini ac hiss etmir. Bu ölümə gedən yolun başlanğıcıdır.

Ölümə 1-2 həftə qalmış

Bu dövrdə insan günlərini yatmaqla keçirir. Onun ətrafdakıları dərk etmək qabiliyyəti dəyişir. Gizli düşmənlərinin olduğunu düşünür və daim məğlub olacağı kimi düşüncələrə qapılır. Bəzən yanında olmayan insanlarla danışır. Adətən danışdığı adam ölmüş biri olur. Hərəkətlərində isə heç bir məqsəd olmur. Çünki onlar getdikcə dünyadan uzaqlaşırlar.

Ruhi dəyişikliklərlə yanaşı bəzi fikizi dəyişikliklər də olur. Bədən temperaturu, qan təzyiqi azalır, nəbz bəzən yavaş, bəzən isə çox sürətli vurur. Tez-tez tərləyir. Dərisinin rəngi dəyişir. Solğun, maviyəçalan bir rəng alır. Xüsusən də, bu dəyişiklik dodaqlarda və dırnaqlarda olur.

Nəfəs alma da dəyişir. Nəbz kimi o da bəzən çox sürətli, bəzən isə zəif olur. Danışmaq qabiliyyəti azalır, sonda tamamilə dayanır.

Ölümə bir neçə gün və ya saat qalanda

Bu zaman sanki aylardır olmadığı qədər insan özünü güclü hiss edir. Yataqdan qalxır, yaxınları ilə daim danışmaq və ac qaldığı günlərin əvəzinə daha çox yemək istəyir. Bu enerji ölən adamın son fiziki ifadələridir.

Nəfəs alma tədricən daha nizamsız və yavaş olur. Tez-tez nəfər almadan sonra birdən tamamilə nəfəs kəsilir.

Əllər və ayaqlar bənövşəyi rəng olur, ləkələr yaranır, bu ləkələr yavaş-yavaş digər üzvlərdə də hiss olunur. İnsan yavaş-yavaş ərtafdakılara reaksiya vermir. Gözləri açıq olsa da, ətrafı görə bilmir.

İnanclara görə, bu zaman sevdiyi şəxslərin yanında oturub onunla danışması tövsiyə edilir.

Sonunda nəfəs tamamilə kəsilir, ürək dayanır, artıq ölüm baş verib.


Müəllif: Gülxar

Oxşar xəbərlər