Məktəbə və müəllimlərinə nifrət edən, milyonçu olacağı təqdirdə təhsilini yarımçıq saxlayacağı barədə ailəsi ilə razılığa gələn Erik Finmanın qeyri-adi həyatı hər kəsi heyrətləndirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 12 yaşında ikən məktəbdə oxumaqdan zəhləsi gedən Finman ailəsi ilə qeyri-rəsmi müqavilə bağlayır. Müqaviləyə əsasən, 18 yaşına çatanda öz sərmayəsi ilə 1 milyon dollar qazanarsa, universitetdə oxumayacaq.
O, müəllimlərinin aqressiv və əsəb pozan münasibətindən bezdiyi üçün bu qərara gəldiyini bildirir. Ailə əvvəlcə onun təklifini qəbul etmir, sonra puldan istifadəni bacardığını görüb razılaşır.
Finman 12 yaşında ailəsinin verdiyi 1000 dolları virtual pula - bitkoinə çevirir. 2011-ci ildə hər birinin dəyəri 12 dollar olan bitkoindən 100 ədəd alan Finman 2 il sonra onun 100 qatını qazanır.
2013-cü ildə dəyəri 1200 dollara yüksələn bitkoinlərini 100 min dollardan baha satan uşağın daha sonra atacağı addım olduqca qeyri-adidir. “Botangle” adlı şirkət yaradan Finman özü kimi təhsildən və müəllimlərindən narazı olanları ətrafına toplayır.
100 min dollarlıq şirkəti qısa zamanda məşhurlaşır. 18 yaşında artıq 1 milyon sərvətin sahibi olur.