14 Fevral 2018 10:52
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər əmiri Şeyx Təmim ibn Hamed əl Sani İnstaqramda qeydiyyatdan keçib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla Körfəz ölkələri arasında ilkə imza atıb.

Məlumatlara görə, şeyxin İnstaqram hesabı “Qətər Milli İdman Günü” adlanır.

O, Qətərdə Milli İdman Günü ilə əlaqədar Dohada keçirilən velosiped yarışından fotolarını paylaşıb.

Şeyx qısa müddətdə 54 min izləyici yığa bilib.


Müəllif: Samir