Ötən əsrin 70-ci illərində, reinkarnasiya fenomeninin məşhur tədqiqatçısı Yan Stivenson Naqpurda dünyaya gələn və yaşayan Uttara Xuddar adlı qadınla tanış olub.
Teleqraf.com xəbər verir ki, bu qadın 150 il əvvəl istifadə olunan qədim Benqal ləhçəsi ilə danışır, qədim Sanskrit dilindən olan çox sözlərdən istifadə edirdi.
Qadın sanki 19-cu əsrin əvvəlində Qərbi Benqalda yaşayan biri kimi danışır, 1 dənə də olsun ingilis sözündən istifadə etmirdi. Halbuki müasir Benqal dilinin isə 20%-ini ingilis dilindən götürülən sözlər təşkil edir.
Uttara əvvəllər maratxi, hind və ingilis dilində yaxşı bilirdi. O, dövlət idarəçiliyi və ingilis dilində magistr dərəcəsi alıb.
32 yaşına çatanda isə o dəyişərək, özünü Şarada adlı biri kimi təqdim etməyə başlayıb.
Bundan sonra o, Benqal dilindən başqa bir dildə danışa bilməyib, dostlarını və qohumlarını tanımayıb.
Xuddar-Şarada ailəsindən elə bir milli yemək istəyib ki, onlar bu yemək haqqında heç eşitməmiş olublar.
Şarada ailəsinin bütün üzvlərinin adlarını çəkib. O, atasının adının Bryanat Çattonyadxaya olduğunu deyib.
Bundan sonra tədqiqatçı Yan Stivenson öz komandası ilə Xuddar Şaradanın dediklərini yoxlamaq üçün qədimdə Banqladeşdə yaşayanlar barədə araşdırmalara başlayıb. Araşdırmada Şaradanın dediklərini dəqiq olduğu təsdiqlənib.
Tədqiqatçı belə ailənin əslində XIX əsrdə yaşadığını bildirib.
"Bu bölgədə yalnız siyahıda kişilər göstərilir. Qadın adları olmadığına görə Şarada adlı qadının həqiqətən mövcud olub-olmadığını yoxlaya bilmərik. Amma onun kişi qohumları haqqında danışdıqları sadəcə təsadüf kimi görünmür", - Stivenson qeyd edib.
Stivenson bu araşdırmadan sonra ksenoloqlossiya kimi elmlə bağlı hesabatını təqdim edib. Ksenoloqlossiya bir şəxsin bilmədiyi bir dildə yazmaq və ya danışma qabiliyyətidir.
Xuddar uşaqlıqdan ilandan qorxurdu. Anası hamilə olanda həmişə yuxusunda ilanları görərdi. Bir dəfə o yuxuda ilanın onu sancdığını görür.
Şarada danışır ki, anası 7 aylıq hamilə olanda gül toplarkən ayağını ilan sancıb. O, huşunu itirib. Şarada 22 yaşında ölüb.
Stivensonun fikrinə görə, bu hadisə sadəcə vəsvəsədir, reinkarnasiya deyil.
“Unutqanlıq-vəsvəsə sindromuna uyğundur, reinkarnasiyaya deyil. Bu da o deməkdir ki, Şarada nəsli kəsilmiş real bir insanın - XIX əsrin əvvəllərində yaşamış və ölmüş şəxsin xüsusiyyətlərinə malikdir. Təxminən 150 il sonra Uttaranın bədənində peyda olub.
Amma digər detallar reinkarnasiyaya tam uyğun gəlir. Birincisi, Uttaranın uşaqlıqdan ilana fobiyası var idi. İkincisi, onun Benqal və benqallılara xüsusi simpatiyası olub. Hətta, atası da həmişə benqallılara dəstək verib. Məktəbdə o, Benqal dilində bir neçə söz öyrənib”.
Amma o, dilin qədim versiyasında necə danışa bilər?
Uttara Xuddarın haçansa köhnə Benqal dilini öyrənməsi barədə isə heç bir sübut yoxdur.
Buna görə, Uttara Xuddar fenomeni araşdırılmamış hesab edilir...