31 May 2018 09:33
53 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyanın Bolzano vilayətində dağlar arasında naməlum uçan obyekt görülüb.

Teleqraf.com xəbər verir ki, silindr şəkilli obyekt dağlara doğru hərəkət edib.

Uçan obyekti görən turistin sözlərinə görə, onun arxa hissində sanki mühərrikdən çıxan işıq yanıb-sönürdü:

“Səhər tezdən otelin eyvanında dayanmışdım. Göy üzünə baxdıqda qəribə uçan obyekt (UNO) gördüm. UNO bir müddət havada uçdu və sonra dağların arxasına keçərək gözdən itdi. Əvvəllər gördüyümüz heç bir təyyarəyə bənzəmirdi. Onun qanadları və pərləri olmasa da, uzun müddət havada asılı qala bilirdi. Sonra isə uçaraq dağların arasında gözdən itdi”, - o, əlavə edib.

UNO-nu görənlər onun insan üçün əlçatmaz olduğunu düşünür.


Müəllif: Günay Əli