10 İyun 2018 15:43
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Klassik hərəkatçılardan eşitdiyimə görə, mərhum Elçibəy deyirmiş ki, mən Fazili Türkiyəyə göndərdim ki, türkçülüyü öyrənsin, o isə gedib nurçuluğu öyrəndi”. Bu sözləri Səbuhi Rəhimli adlı bir falçı yazıb. Sonra da deyirlər ki, bu böhtançılara niyə sərt cavab verirsən? Böhtançıya necə cavab verilər, lütfən izah etsinlər, nəzərə alıb o cür də davranaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Deputat Fazil Mustafa deyib.

O, bu ittihamlarla razılaşmadığını diqqətə çatdırıb:

“Adam arada ulduz falına baxır, hər il başlanğıcında həmin il barədə ulduzların ona nə pıçıldaşdığından danışır, burdan-bura ulduzlardan soruşa bilmir ki, mərhum Əbülfəz Elçiibəy həyatında bir dəfə də olsun Fazil Mustafa barədə bircə kəlmə də narazılıq ifadə edən söz söyləyibmi? Kitabları açın, kasetləri araşdırın, o zamanın şahidi olan insanlardan soruşun.

Zavallı falçı, mənə böhtan atmaq istəyirsinzsə, birbaşa özümlə bağlı sözlərinizi ifadə edin, mərhum Əbülfəz bəyin adından bu cür qarayaxmaları niyə icad edirsiniz? Maraqlıdır, Əbülfəz Elçibəyin vəfat etdiyi günə qədər onun siyasi məsələlər üzrə müavini olmuşam, orta məktəb şagirdi olandan onun gizli siyasi təşkilatında çalışmışam, bütün siyasi mübarizəsində, Kələkidə belə birlikdə olmuşam, Türkiyədə belə onun yeganə təmsilçisi olmuşam və hətta vəfat edəndə belə son vəsiyyətlərini öz istəyi üzrə mənə təqdim ediblər ki, üslubunu düzəldim, bu qədər etimaddan sonra Əbülfəz bəy mənə niyə bu sözləri söyləməliydi?

Başqa bir cahilin də sözü bitən kimi, “ona görə xoşlamıram ki, Əbülfəz bəyi satdı”, deyir. Bu böyük şəxsiyyət vəfat edən günə kimi onunla birlikdə olan bir adam onu necə sata bilər? Əgər siyasətdə bu gün mənim mövqeyimdən gedirsə, ağlı başında olan insanlar bütün mesajlarımdan, davranışlarımdan, yazılarımdan, çıxışlarımdan milli ideyalarımızı daha səmiimiyyətlə gerçəkləşdirməyə çalışdığımızı görmürlərmi? Din məsələsinə gəldikdə isə, mərhum Əbülfəz bəylə bu baradə çox maraqlı müzakirələr aparmışıq, gəldiyimiz ortaq qənaət bu olub ki, İslam deyiləndə müsəlman tanıtımından başqa istər nurçu olsun, istər falçı olsun, istər də başqa adlarla özünü tanıtım olsun, hamısı cəfəngiyyatdır. Vicdanınıza baxa bilmirsinizsə, heç olmazca falınıza doğru-dürüst baxın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər