Belçikalı model Maris Papenin yeni fotosessiyası qalmaqal yaradıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, model sosial mediada Qüdsdə yəhudilərin “Ağlama divarı” fonunda çılpaq şəkilini paylaşıb.
Görüntü modelin izləyicilərinin qəzəbinə səbəb olub. Onlar paylaşımın düz hərəkət olmadığını, bu yerləri həm yəhudi, həm xristian, həm də müsəlmanların müqəddəs saydıqlarını bildiriblər.
Modelin fikrincə isə onun bədəni təhqiredici ola bilməz.