15 İyul 2018 13:25
2 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl həbs edilmiş məşhur türkiyəli din alimi Adnan Oktarla bağlı daha bir fakt üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Adnan Oktar və qrupuna qarşı başlayan əməliyyatlarla bağlı müzakirələr davam etdiyi vaxt, Oktar Camaatındakı qadınların biri-birlərinə oxşamaları məlum olub.

Məlum olub ki, “kedicik kralı” ləqəbi ilə məşhur olan din alimi biri-birlərinə oxşamaları üçün qrupundakı qadınları estetik əməliyyatlara məcbur edirmiş.

“Kedicik”lərinin omba və döşlərini böyütmək istəyən Adnan Oktar onları estetik əməliyyat etdirib. Əməliyyatlar Adnan Oktarın zövqünə uyğun formada aparılıb. Din aliminin “zövq menyusu”nda “Braziliya popusu”, dodaq silikonu, burun estetikası və döş silikonu var.

Adnan Oktarın keçmiş “kedicik”lərindən biri olan model Gülay Pınarbaşı qrupa 1990-cı illərdə qatılıb. O, qrupa qatıldıqdan sonra burun və döş əməliyyatlarından keçib.

Gülayın estetik əməliyyatlarını isə cərrah Harun Özkan həyata keçirib və “kediciklərin” əksəriyyətini o, əməliyyat edib. Adnan Oktarla bağlı sirləri də cərrah açıb.

Harun Özkan Adnan Oktarın ondan qadınlar üçün “Braziliya poposu” istədiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər