27 Sentyabr 2018 09:15
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ABŞ aktyoru və musiqiçi qubernator olmaq istəyir.

Teleqraf.com xəbər verir ki, Hollivudun tanınmış aktyoru Stiven Siqal Primorsk əyalətinin qubernatoru olmaq istədiyini deyib.

O belə bir açıqlama ilə Vladivostokda keçirilən “Sakit Meridianlar” adlı kinofestivalda izləyiciləri qarşısında çıxışında bildirib.

Primorsk vilayətinin qanunvericiliyinə əsasən ikili vətəndaşlığı olan şəxs qubernator ola bilməz.

Stiven Siqalın isə rus vətəndaşlığı ilə yanaşı, Serbiya və ABŞ vətəndaşlığı da mövcuddur.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər