16 Noyabr 2018 07:17
1 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Asuana şəhərində arxeoloqlar 3700 il bundan əvvəl doğuş zamanı ölən qadının məzarını aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, qəbirdə tapılan 25 yaşlı qadının sümükləri onun doğuş zamanı öldüyünü ehtimal etməyə əsas verir. Körpənin skeletinin vəziyyəti də bunu göstərir. Qabaqcadan aparılan təhlil göstərib ki, qadının nə vaxtsa çanaq sümüyü sınıb və ehtimal ki, düzgün inkişaf etməyən sümüklər doğuşa mane olub.

Həmçinin bildirilir ki, qadının skeleti at dərisinə bükülüb. Qəbirin içində böyük miqdarda dəvəquşu yumurtasının qabıqları da aşkarlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər