13 Dekabr 2018 09:31
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da iki rahibə son 10 ildə məktəbdən oğurladıqları pulları Las-Veqasda qumarda uduzublar.

Teleqraf.com xəbər verir ki, rahibələr 29 il müddətində eyni məktəbdə işləyiblər.

Los Ancelesdə yaşayan Meri Marqarit və Lana Canq adlı rahibələr işlədikləri katolik məktəbinin kassasından ümumilikdə 500 min dollar oğurlayıblar. Oğurlanan pulları rahibələr 10 il müddətinə Las-Veqasdakı qumarxanada xərcləyiblər.

Los-Anceles yepiskopluğu pul oğurluğunu dini rituallar zamanı müəyyən edib.

Günahlarını etiraf edən rahibələrdən Meri Marqaritin təqaüdə çıxana qədər məktəbin müdiri olduğu və son 29 ildə burada işlədiyi ortaya çıxıb.


Müəllif: Cavad