14 Fevral 2019 07:05
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il dünyada milyonlarla insan pnevmoniya xəstəliyindən dünyasını dəyişir. Statistikaya görə, 5 yaşınadək uşaqlar arasında ölüm hallarının təxminən 16%-i pnevmoniya ilə bağlıdır. Bu göstərici sözügedən xəstəliyə diaqnoz qoymağa imkan verən yüksək ixtisaslı mütəxəssis və rentgen aparatlarının çatışmazlığı müşahidə olunan ölkələrdə xüsusilə yüksəkdir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, Con Hopkins Universitetinin mühəndisləri bu problemi aradan qaldırmağa cəhd göstəriblər. Onlar tərəfindən yaradılmış “ağıllı” stetoskop yalnız həkimlərin işini asanlaşdırmayacaq, həm də həkim olmadığı şəraitdə müstəqil şəkildə xəstəliyi aşkar etmək qabiliyyətinə malikdir.

İnnovativ qurğu ənənəvi analoqlardan iki funksiya ilə fərqlənir. Birinci funksiya səsin azaldılmasıdır. Yeni stetoskopa inteqrasiya edilmiş alqoritmlər ürək döyüntüsü və kənar səsləri aşkar edərək onların səsini azaldır ki, həkim pasiyentin nəfəsini daha yaxşı eşidə bilsin.

İkinci funksiya həkim olmadığı şəraitdə qurğu tərəfindən diaqnozun qoyulmasıdır. Cihaz ağciyərdəki səsləri müstəqil təhlil edərək pnevmoniya xəstəliyinin mövcudluğunu 87% dəqiqliklə (inteqrasiya edilmiş neyron şəbəkəsinin təlimi üçün 1500 pasiyentin stetoskop yazılarının məlumat bazasından istifadə olunub) müəyyənləşdirmək qabiliyyətinə malikdir.



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər